17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının bu gün Avstriya komandası, oktyabrın 31-də isə İsveç yığması ilə keçirməli olduğu oyunlar hava şəraiti ilə bağlı təxirə salınıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avstriya – Azərbaycan oyunu oktyabrın 30-da, İsveç – Azərbaycan qarşılaşması isə noyabrın 1-də keçiriləcək.
Oyunların başlanma vaxtında dəyişiklik edilməyib. Yığmamızın qrupda ilk oyunu Bakı vaxtı ilə saat 18:00-da, növbəti qarşılaşma isə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, yığmamızın çıxış edəcəyi 6-cı qrupun oyunları Avstriyada təşkil olunub.
