Millimizin Moldova ilə oyununun hakimləri bilindi
17.02.2021 , 14:51
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Moldova ilə qarşılaşacağı matçın hakimləri məlum olub.
Korner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü italiyalı Culio Kolombin idarə edəcək. Ona San Marinodan olan Daniele Dadamo kömək edəcək.
Martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan – Moldova görüşü saat 19:00-da başlayacaq.
Azərbaycan yığması yer aldığı 3-cü qrupda 6 xalla liderdir
