Azərbaycan milli komandası mayın 30-da, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00-da), Almaniyada Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, bu gün, yerli vaxtla saat 11:00-da "Sportpark Kelsterbach" stadionunda (Kirschenalee 56, 65451 Kelsterbach) millimiz mətbuat üçün açıq məşqə çıxacaq.
Həmin gün yerli vaxtla saat 16:00-da "Steingenberger Airport" otelində millinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək.
