Futbol

Millimizin məşqçisi “Dinamo” – “Neftçi” oyununda

06.07.2021 , 11:44

Millimizin məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” oyununu izləyəcək.

Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, millimizin baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən, bu görüşə baxacaq.

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son yazılar

Yuxarı