Futbol üzrə Azərbaycan millisinin qapıçılarla işləyən məşqçisi Olif Yanssen vətənindən təklif alıb.
Korner.az-ın məlumatına görə, “reviersport.de” saytının yaydığı xəbərə inansaq növbəti mövsümdən Yanssen regional liqada yarışan Kölnin “Viktoriya” komandasına məşqçi təyin olunacaq. Əvvəllərdə bu klub millimizin məşqçisi ilə danışıqlar aparsa da, bu müsbət nəticə verməyib.
Əgər tərəflər razılığa gəlsə, Yanssen “Viktoriya”nın baş məşqçisi təyin ediləcək.