Almaniya Futbol İttifaqının (DFB) təşkilatçılığı ilə Köln şəhərində məşqçilər üçün kurs keçirilir.
Korner.az-ın məlumatına görə, burada azərbaycanlı məşqçilər də yer alır.
Belə ki, DFB-nin dəvətinə əsasən, Azərbaycan milli komandasının məşqçisi Elxan Abdullayev və 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Yaşar Vahabzadə kursda iştirak edir.
Qeyd edək ki, kurs mayın 10-da başa çatacaq. (AFFA.az)
