FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, yığmamız ikinci matçında Bolqarıstanın U-19 komandası ilə qarşılaşacaq.
İlk görüşündə Latviya ilə heç-heçə edən millimiz bu dəfəqələbə qazanmağa çalışacaq.
6 yanvar
17:30. Azərbaycan (U-17) – Bolqarıstan (U-19)
