Futbol

Millimizin iki üzvü Ukrayna klubunda

18.02.2019 , 18:57

Azərbaycanın şosse velosipedi üzrə Elit milli komandasının üzvü Elçin Əsədov və U-23 yığmasına dəvət alan Mahmud Məmmədov Ukraynanın “Lvov” kontinental komandası ilə müqavilə imzalayıb.

Hər iki idmançı 2019-cu ilin sonunadək bu komandanın heyətində beynəlxalq yarışlarda iştirak edəcək. “Lvov” klubunun heyətində yer alacaq Azərbaycan velosipedçilərini 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarış gözləyir.

Qeyd edək ki, dəfələrlə Azərbaycan çempionatlarının qalib və mükafatçısı olmuş Elit yığmasının lider idmançısı E.Əsədovun son klubu “Baku Cycling Project” kontinental komandası olub. Yeniyetmə və gənclər arasında Azərbaycan birinciliklərinin qalib və mükafatçısı adını qazanan perspektivli idmançı M.Məmmədov isə ötən il 18 yaşının tamam olması ilə əlaqədar bu ildən etibarən U-23 yaş qrupuna keçib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, velosipedçilər 18 yaşları tamam olduqdan sonra peşəkar klublarla müqavilə imzalaya bilərlər.

Son yazılar

Yuxarı