Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Dünya Çempionatının ikinci mərhələsində ilk oyununu keçirib.
Korner.az-ın məlumatına görə, komandamız İtaliya ilə qarşılaşıb və meydandan məğlub ayrılıb.
Xalsız qaldığımız görüşün ən yaxşısı yenə də millimizin üzvü Polina Rəhimova olub.
Hücumçumuz italyanları 28 dəfə məyus edib. Komandamızdan Yana Ağayeva 9, Oksana Parxomenko 5, Yelena Parxomenko 5, Yekaterina Jidkova 5, Kseniya 4, Ayşən Abduləzimova 2, Anastasiya 1, Odina Bayramova 1 xal qazanıblar.