Latviyanın “Metallurq” klubunun şərəfini qoruyan milli komandamızın sabiq hücumçusu Vüqar Əsgərov şərəfini qoruduğu klubda növbəti qolunu vurub.
Korner.az–ın məlumatına görə, “Metallurq” evdə “Yelqava”ya böyük hesabla qalib gəlib – 3:0.
Start heyətdə yer alan Əsgərov 33-cü dəqiqədə fərqlənərək cari mövsümdə "Metallurq"un heyətində ikinci qolunu vurub.
