Azərbaycanın voleybolçu qadınlardan ibarət millisinin üzvü Natalya Məmmədova daha bir titula yiyələnib.
Korner.az-ın məlumatına görə, təcrübəli hücumçumuz bu dəfə İsveçrə çempionu adını qazanıb. Məmmədovanın şərəfini qoruduğu “Volero” ardıcıl 10-cu dəfə çempionluğunu rəsmiləşdirib. Voleybolçumuzun komandası finalda hər üç görüşdə “Könits”i məğlub etməklə qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, Məmmədovanın komandası bir neçə gün əvvəl İsveçrə kubokunun da qalibi olub.
