U-19 milli komandamızın heyətində çıxış etmiş Cem Fələk Şotlandiyanın "Aberdin" klubundan ayrılıb.
Korner.az-ın özəl məlumatına görə, 19 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirə bilər.
Belə ki, Cem hal-hazırda "Beşiktaş"ın Almaniyadakı təlim-məşq toplanışındadır. Əgər futbolçu İstanbul təmsilçisinin məşqçilər korpusu tərəfindən bəyənilərsə, onunla uzunmüddətli müqavilə imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, "Ayntraxt" akademiyasında yetişən hücumçu daha sonra "Bohum" və "Aberdin" klublarında forma geyinib.
