Millimizin heyətində növbəti dəyişiklik
16.09.2019 , 14:21

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Sabah”dan dəvət edilən Vüsal Qəmbərov zədə səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb.
Əvəzində “Sumqayıt”dan Tural Haqverdiyev toplanışa dəvət olunub.
