Millimizin hər iki oyunu eyni vaxtda
30.07.2019 , 16:53

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi hər iki oyunun başlama vaxtı müəyyən olunub.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamızın sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstan yığması ilə keçirəcəyi oyunlar eyni saatda start götürəcək. “Dalğa Arena”da keçiriləcək hər iki qarşılaşma saat 20:30-da başlayacaq.
