21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Ozancan Kökçünün qardaşı Orkun Kökçü özünün ilk peşəkar müqaviləsini imzalayıb.
Korner.az-ın məlumatına görə, 16 yaşlı futbolçu Hollandiyanın “Feyenoord” klubu ilə münasibətlərini rəsmiləşdirib. O, 2020-ci ilin yayına qədər “Feyenoord”un uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ozanan Kökçü də “Feyenoord”da çıxış edir. (futbol11.az)
