Çexiya klubu Nəbiyevin transferini açıqladı
16.01.2020 , 20:30

Azərbaycanın U-21 yığmasının futbolçusu Fərid Nəbiyevin Çexiyanın “Viktoriya Jijkov” klubuna keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, Jijkov təmsilçisi 20 yaşlı yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb.
İkinci liqa təmsilçisi Fəridlə 2,5 illik müqavilə imzalayıb.
