Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi
27.10.2022 , 10:06

Azərbaycanın U-21 millisinin üzvü Mustafa Yıldırımın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 20 yaşlı hücumçu “Çorum”a keçib. Mustafa ilə 2,5 illik müqavilə imzalanıb. O, yeni klubuna yanvarda qoşulacaq.
Mustafanın son klubu “İstanbulspor” olub. O, ötən aydan azad agent idi.
Hücumçu Azərbaycanın U-21 yığmasında 8 oyuna çıxıb.
