Millimizin futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi Türkiyə 1-ci liqa təmsilçisi “Manisaspor”a transfer olunub. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Budak yanvarda “Kayserispor”un əsas heyətindən kənarlaşırdılıb. Bundan sonra o, klubdan ayrılıb.
