Azərbaycan milli komandasının futbolçusu Arif İsayevin Türkiyənin “Dənizlispor” klubuna keçidi rəsmən reallaşıb.
Korner.az-ın məlumatına görə, AZAL-ın 27 yaşlı sabiq yarımmüdafiəçisi Dənizli təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.
Bununlada Bank Asya Liqasında mübarizə aparan "Dənizlispor"da oynayacaq azərbaycanlı futbolçuların sayı 2-yə çatıb. Belə ki, yığmamızın digər sabiq futbolçusu, müdafiəçi Rail Məlikov da ötən yaydan bu komandada oynayır.
