İspaniyanın “Elçe” klubunda çıxış edən Rizvan Umarovun Azərbaycan milli komandasının təlim-məşq toplanışına dəvət edilməsi haqda xəbər vermişdik.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, lakin futbolçu İspaniyada viza problemi ilə üzləşdiyindən, hazırlıq prosesinə qatıla bilməyib.
Qeyd edək ki, millinin baş məşqçisi Berti Foqts ona noyabrın 6-dan 9-dək Bakıda təşkil olunmuş təlim-məşq toplanışı üçün dəvət göndərmişdi.
