Milli komandamızın futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover 96” Bundesliqada növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, səfərdə "Frayburq"la qarşılaşan "Hannover 96" rəqibi ilə bacarmayıb – 1:3.
Zədəli olduğu üçün Gökdəmirin adı “18-liy”ə daxil edilməyib.
Qeyd edək ki, futbolçumuzun gələn həftədən artıq kollektiv məşqlərə başlayacaq. Onun “Bavariya” aprelin 20-də “18-lik”də olmaq ehtimalı var.
