Millimizin futbolçusu oynadı, komandası heç-heçə etdi
27.10.2023 , 21:08

Millimizin futbolçusu Cəlal Hüseynovun şərəfini qoruduğu “Arda” Bolqarıstan çempionatında növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, komanda 15-ci turda ÇSKA ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb – 0:0.
Cələl 79-cu dəqiqədə meydana girib və oyuna əlavə edilmiş dəqiqələrdə sarı kart ilə cəzalandırılıb.
