Millimizin futbolçusu Namiq Ələsgərov bu gündən etibarən Almaniyada növbəti fizioterapiya kursuna başlayıb.
Korner.az-ın məlumatına görə, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Xatırladaq ki, N.Ələsgərov “Avro-2016″nın seçmə mərhələsi çərçivəsində martın 28-də Maltaya qarşı matçda zədələnib və bir müddət sonra Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunub. Onun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.
