Milli komandamızın futbolçusu Ufuk Budaq karyerasını Superliqa təmsilçisi “Kayserispor”da davam etdirəcək.
Korner.az-ın məlumatına görə, son olaraq PTT birinci liqasında çıxış edən “Qaziantep BB” komandasında forma geyinən 26 yaşlı futbolçu Kayseri təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.
Qeyd edək ki, Ufuk Budak “Kayserispor”la müqavilə imzalamaq üçün Azərbaycan millisinin Avstriyadakı təlim-məşq toplanışını erkən tərk etmişdi.
