Futbol üzrə milli komandamızın futbolçusu Əli Gökdəmirin çıxış etdiyi "Hannover 96 II" Almaniya Regional Liqasında növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, milliləşdirilən futbolçumuzun 69 dəqiqə mübarizə apardığı matçda Hannover təmsilçisi "Sankt-Pauli"nin ikinci komandasını darmadağın edib – 7:0.
Qeyd edək ki, Əli Gökdəmir Azərbaycan yığmasının düşərgəsinə bu gün qatılacaq.
