21 yaşlardan ibarək Azərbaycan yığma komandamızın üzvü Ruslan Tağızadə üçün AVRO-2013-ün seçmə mərhələsi başa çatıb.
Korner.az-ın məlumatına görə, Tağızadə İslandiya ilə matçda aldğı sarı vərəqə ucbatından cəzalı duruma düşüb.
3 oyunda iştirak etməsinə baxmayaraq sağ cinah müdafiəşisi bununla belə ikinci dəfə cəzalanıb.. O, ötən il oktyabrın 10-da Belçika ilə ev oyununda da qarşısında “sarı” görmüşdü. Bu isə o deməkdir ki, Tağızadə sentyabrın 6-da İngiltərə ilə Bakıda keçiriləcək qarşılaşmada meydana çıxmayacaq.
