İspaniya La Liqasında 9-cu turun görüşləri keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” bu gün növbəti matçında çıxacaq.
Futbolçumuzun komandası “Barselona”nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.
Qeyd edək ki, “Eybar” 8 turdan sonra 13 xalla 6-cı pillədə qərarlaşıb.
