Azərbaycan milli komandasının üzvü Əli Gökdəmir “Hannover” klubunun Avroliqa üçün sifariş etdiyi iştirak ərizəsinə salınıb.
Korner.az-ın məlumatına görə, baş məşqçi şans tanıyacağı halda həmyerlimiz 35 nömrəli futbolkada çıxış edəcək.
Qeyd edək ki, “Hannover” Avroliqanın 1/16 final mərhələsində Rusiyanın “Anji” klubu ilə mübarizə aparır. İlk görüşdə Mahaçkala 3:1 hesabı ilə qalib gəlmişdilər.