Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov Rusiyanın “Anji” klubunun əvəzedici heyətində növbəti matçını keçirib.
Korner.az-ın məlumatına görə, millimizin forvardı Kazan “Rubin”i ilə qarşılaşmanın iştirakçısı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Mahaçqala klubunun yeganə qolunu məhz Umarov vurub.
Qeyd edək ki, bu, Rizvanın “Anji”dəki ikinci qoludu. Bundan öncə o, “Volqar”la sınaq qarşılaşmasında fərqlənmişdi (1:2).