Futbol üzrə milli komandamızın futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover II” Almaniya Regionalliqasının Şimal zonasında növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, XVIII tur çərçivəsində öz meydanında “Qoslar” klubu ilə qarşılaşıb. Gökdəmirin komandası bu matçda 3:2 hesabı ilə qalib gəlib. Futbolçumuz isə qarşılaşmanı 90 dəqiqə əvəzolunmadan keçirib.
