Latviyanın “Metallurq” klubunun şərəfini qoruyan Azərbaycan milli komandasının hücumçusu Vüqar Əsgərov növbəti oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, doğma azarkeşləri önündə “Spartak”ı sınağa çəkən həmyerlimizin komandası məğlub olub.
Meydana ilk “11-lik”də çıxan Vüqar bu dəfə fərqlnə bilməyib. Xatırladaq ki, futbolçumuz cari mövsümdə iki qol vurub.
Qeyd edək ki, 6 oyundan 10 xal toplayan “Metallurq” hazırda turnir cədvəlinin 4-cü pilləsində gedir.