Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 9-dan 13-dək Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində iştirak edib.
Korner.az-ın məlumatına görə, yığmamız turnirdə IV yeri tutub. Qazaxıstan və İran komandaları arasında keçirilmiş final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Yığmamızın üzvü Roman Hüseynov “Turnirin ən yaxşı yarımmüdafiəçisi” nominasiyasında mükafata layiq göürülüb.