Bu gündən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.
Korner.az-ın məlumatına görə, fevralın 24-də keçiriləcək Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu ilə əlaqədar Samir Məsimov, zədəli olduğu üçün isə Elşən Abdullayev toplanışa qatılmayıb.
“Xəzər Lənkəran” klubundan Elnur Cəfərov hazırlıq prosesinə cəlb olunub.
