Futbol üzrə Türkiyə çempionatında XXVI turun oyunları keçirilir. Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Akhisar”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Dəniz də bu oyunun iştirakçısı olub. O, qarşılaşmanın 68-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, “Gənclərbirliyi” geridə qalan turlarda topladığı 27 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
