Bu il Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Korner.az-ın məlumatına görə, mundiala vəsiqə qazanan son dörd komandanın adına aydınlıq gəlib.
Bunlar Kosta-Rika, Kuba, Qvatemala və Panamadı. DÇ-2016-da aşağıdakı 24 kollektiv mübarizə aparacaq: Azərbaycan, Avstraliya, Argentina, İran, Tailand, Özbəkistan, Vyetnam, Solomon adaları, Braziliya, Kolumbiya, Paraqvay, Rusiya, Qazaxıstan, Ukrayna, Portuqaliya, İspaniya, İtaliya, Misir, Mərakeş, Mozambik, Kosta-Rika, Kuba, Qvatemala və Panama.
