Millimizin DÇ-2020-dəki iki oyununa hakim təyinatları açıqlandı
21.01.2020 , 10:25

DÇ-2020-nin elit-raunda mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlanıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da komandamızın iştirkı ilə keçiriləcək ilk iki oyunu İtaliyadan olan hakimlər idarə edəcək:
29 yanvar
23:00. Xorvatiya – Azərbaycan
Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer
Osiek, “Qradsk vrt Arena”
30 yanvar
20:00. Azərbaycan – Rusiya
Hakimlər: Alessandro Malfer, Angelo Galante, Chiara Perona
Osiek,“Qradsk vrt Arena”
