DÇ-2018-in seçmə mərhələsində iştirak edən komandaların Rusiyada keçiriləcək mundiala çıxmaq şansları açıqlanıb.
Korner.az-ın məlumatına görə, xarici ekspertlərin tərtib etdiyi siyahıda final mərhələsinə yüksəlməyə nəzəri şansları olan bütün komandalar yer alıb.
Meydan sahibi Rusiya və ilk vəsiqənin sahibi Braziliyadan sonra DÇ-yə yollanacaq 22 komanda adına 89 namizəd var. Azərbaycan millisi də bu yığmalar sırasındadır. Prosineçkinin yetirmələrinin Rusiyaya yollanmaq ehtimalı 0,37 faizdir. Bu 89 namizəd arasında yalnız 75-cidir. (goal.az)
