Milli komandamızın daha bir üzvü karyerasını Türkiyədə davam etdirəcək.
Korner.az-ın məlumatına görə, söhbət Andrey Popoviçdən gedir.
Ukrayna əsilli qolkiper bu gün Birinci divizion komandası “Tavşanlı Linyitspor”la 2 illik müqavilə bağlayıb. O, artıq Tavşanlıdakı təlim-məşq bazasında komanda ilə məşqə başlayıb. Ayın 25-də isə komanda Boluya təlim-məşq toplanışına gedəcək.
