Azərbaycanın 21 yaşadək yığmasının futbolçusu Timur Təməltaş karyerasını Türkiyədə davam etdirəcək.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi Türkiyənin III liqa klubu “Altınordu” ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Kölndə doğulan Təməltaş 2000-ci ildən “Bayer”in aşağı yaş qruplarında çıxış edib. 2008-ci ildə keçdiyi “Aahen”də 4 il çıxış edən Timur daha sonra “Bayer” və “Kayzerslautern”də forma geyib.