Millimizin Belarus və Slovakiya ilə oyunlarının biletləri satışda
10.05.2022 , 11:39

UEFA Millətlər Liqası çərçivəsində iyunun 10-da, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Slovakiya və 13-də baş tutacaq Azərbaycan – Belarus oyunlarının biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletlər 1-ci kateqoriya üçün 5 manat, 2-ci kateqoriya üçün 2 manat, VİP üçün isə 10 manatdır.
Milli iyunun 10-da “Dalğa Arena”da Slovakiyanı, 3 gün sonra isə eyni məkanda Belarusu qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da start götürəcək.
