21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Bernand Lipert UEFA-nın rəsmi saytına açıqlama verib.
Korner.az-ın məlumatına görə,təcrübəli mütəxəssis açıqlamasında: “Bizə dəstəyə görə UEFA-ya təşəkkür edirik. “Jira” layihəsinin işçi qrupunun üzvü Deni Riser, UEFA-nın texniki təlimatçısı Erik Rutemellerə təşəkkür edirik. Bizə göstərilən etimadı doğrultmağa çalışacağıq. Məşqçilərin tədris sektorundakı inkişafı davam etdirəcəyik. Bizim federasiyanın da bütün əməkdaşlarına təşəkkür edirəm ki, müsbət dəyişikliklərə nail olmağa kömək etdilər” – deyə o,qeyd edib.