Antalyada təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün sonuncu yoxlama oyununu keçirəcək
Rəşad Sadıqovun komandası albaniyalı həmyaşıdları ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, yığmamız Antalyada 3 oyun keçirib. “Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn komandamız Albaniyaya 0:1 hesabı ilə uduzub, Gürcüstanla isə heç-heçə edib – 1:1.
Yoxlama oyunu
26 yanvar
Azərbaycan U-21 – Albaniya U-21 – 1:0
Qol: Ülvi İskəndərov, 52
Azərbaycan: 22. Abdulla Seyidəhmədov, 20. Ömər Buludov, 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 8. İlkin Muradov, 19. Rafael Məhərrəmli, 18. Ülvü İskəndərov, 9. Fəhmin Muradbəyli, 2. Sərtan Taşkın, 14. Nicat Süleymanov, 28. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 25. Murad Xaçayev, 21. Xəyal Nəcəfov, 1. Aydın Bayramov, 7. Ehtiram Şahverdiyev, 13. Murad Qayalı, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 24. İsmayıl İbrahimli, 16. İlyas Səfərzadə