Bu gün Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı başlayır.
Korner.az-ın məlumatına görə, hazırlıq mərhələsi martın 27-dək davam edəcək. Artıq millimiz bu gün Türkiyəyə yola düşüb.
Toplanış çərçivəsində martın 26-da Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoxlama oyunu keçiriləcək.
Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçki toplanışa 25 futbolçu dəvət edib.
