Sabah saat 10:00-dan etibarən güləş üzrə yığma komandalarımızın mətbuat üçün açıq məşqi keçiriləcək.
Korner.az-ın məlumatına görə, yığmamızın məşqçiləri və aparıcı idmançılar 2015-ci il üçün hədəflər və qarşıdan gələn yarışlar haqqında fikirlərini bildirəcəklər.
Açıq məşqin proqramı belədir:
10:00 Yunan-Roma güləşi üzrə yığmamızın məşqi
11:00 Qadın güləşi üzrə yığmamızın məşqi
11:30 Sərbəst güləş üzrə yığmamızın məşqi
Qeyd edək ki, bütün məşqlər Olimpiya Güləş Mərkəzində keçiriləcək.
