Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı, Slovakiyada keçiriləcək 2-ci qrupun oyunlarının başlanma vaxtı və qarşılaşmaları idarə edəcək hakimlər müəyyənləşib.
Korner.az-ın məlumatına görə, millimiz ilk oyununu martın 27-də Norveçə qarşı keçirəcək.
27 mart
Saat 17:30. Azərbaycan – Norveç
Saat 20:00. Slovakiya – Bosniya və Herseqovina
28 mart
Saat 20:30. Bosniya və Herseqovina – Azərbaycan
Saat 13:00. Slovakiya – Norveç
30 mart
Saat 20:00. Norveç – Bosniya və Herseqovina
Saat 22:30. Azərbaycan – Slovakiya
Hakimlər:
Lemal Paskal – Belçika
Kemal Çetin – Türkiyə
Kalin Kinov – Bolqarıstan
Vitali Rakutski – Belarus
Hakim-İnspektor:
İvan Novak (Xorvatiya)
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.