Futbol

Millimizdən qovulan futbolçu III Divizion klubunda

14.07.2020 , 11:24

Millimizin keçmiş hücumçusu Dəniz Yılmazın yeni klubu müəyyənləşib.

Bir ildi klubsuz qalan 32 yaşlı futbolçu Türkiyənin III Divizion təmsilçisi “Elzasığspor” ilə anlaşıb. Klub prezidenti Səlçuk Öztürk təcrübəli futbolçunun razılığını alıb.

Dəniz daha öncə bu klubda çıxış edib. O, 2013-cü ildə “Maynts”dan “Elazığspor”a keçmişdi. Hücumçu 2019-cu ildə “Gənclərbirliyi”ndən ayrıldıqdan sonra klubsuz qalmışdı.

Yılmaz 2016-cı ildə Azərbaycan yığmasına dəvət alıb və 2 oyun keçirib. Həmin zaman millinin çalışdırıcısı olan Robert Prosineçki futbolçunu intizamsızlığına görə yığmadan uzaqlaşdırmışdı.

Son yazılar

Yuxarı