Dubay şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə yoldaşlıq oyunu keçirib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Komandamızın qollarını Aysun Əliyeva, Nigar Cəlilli və Sevinc Cəfərzadə vurub.
