Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, “SV Kapfenberg ” (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 2:1 hesablı qələbəyə sevinib.
Komandamızın hər iki qolunu Fərid Nəbiyev vurub.
Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Avstriyanın “Simmering” klubunun U-16 komandasını 7:0 hesabı ilə məğlub etmişdi. (AFFA)
