Millimizdən İstanbul təmsilçiləri üzərində 3 qələbə
20.04.2023 , 10:14

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət U-16 yığmamız növbəti yoxlama oyunlarını keçirib.
Korner.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millimiz İstanbul çempionu “Qalatasaray”ın U-16 qızlardan ibarət komandasına qarşı oyundan 72:58 hesablı qələbə ilə ayrılıb.
Qızlarımız müvafiq olaraq “İstanbul Asya” komandasına 88:66, “İstanbul Panterləri” komandasına isə 62:36 hesabları ilə qalib gəliblər.
