Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandaları arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci qələbəsini qazanıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Rusiya yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, komandamız iki gün əvvəl keçirilən oyunda Estoniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığmasını eyni hesabla məğlub edib. U-19 növbəti oyununu martın 15-də Moldova komandasına qarşı keçirəcək.
